AZ

Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq etdi


Ukrayna Prezidenti Volodimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkonun iki oğluna qarşı 10 il müddətinə sanksiyalar tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə fərman Zelenskinin saytında dərc olunub.
Fərmanda Viktor və Dmitri Lukaşenkolara qarşı sanksiyalar tətbiq olunduğu bildirilir.
Fərmana əsasən, Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Pavel Muraveykoya qarşı da məhdudiyyətlər tətbiq edilib.
Ukraynanın sanksiya siyahısına ümumilikdə 16 Belarus vətəndaşı daxil olub.
Zelenski onlara qarşı aktivlərin dondurulması, iqtisadi və maliyyə öhdəliklərinin dayandırılması, rəsmi səfərlərin ləğvi, ticarət əməliyyatlarının dayandırılması və Ukraynanın dövlət mükafatlarından daimi məhrum edilməsi daxil olmaqla 16 növ məhdudlaşdırıcı tədbir tətbiq edib.
Seçilən
33
6
yeniavaz.com

7Mənbələr