AZ

Yəmən sahillərində dəniz quldurları neft tankerini ələ keçiriblər

"M/T EUREKA" tankeri Yəmən sahillərində naməlum silahlıların hücumuna məruz qalıb və ələ keçirilib.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Yəmən Sahil Mühafizəsindən məlumat verilib.

Hadisə Şabva əyaləti sahillərində baş verib. Toqo bayrağı altında üzən, 2006-cı ildə inşa edilmiş tanker ələ keçirildikdən sonra Ədən körfəzinə, Somali sahilinə istiqamətlənib.

Artıq tankerin yeri müəyyən edilib və ekipajın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülür.

"Cebheinfo.az"

Seçilən
28
4
cebheinfo.az

5Mənbələr