AZ

Yəmən sahillərində dəniz quldurları neft tankerini ələ keçirdilər

"M/T EUREKA" tankeri Yəmən sahillərində naməlum silahlıların hücumuna məruz qalıb və ələ keçirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Yəmən Sahil Mühafizəsindən məlumat verilib.

Hadisə Şabva əyaləti sahillərində baş verib. Toqo bayrağı altında üzən, 2006-cı ildə inşa edilmiş tanker ələ keçirildikdən sonra Ədən körfəzinə, Somali sahilinə istiqamətlənib.

Artıq tankerin yeri müəyyən edilib və ekipajın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülür./Oxu.az


Telegram kanalımız
Seçilən
21
4
yenisabah.az

5Mənbələr