AZ

“Bu cür yanaşmalar regional əməkdlığa zərbə vurur”

ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

“Avropa İttifaqı tərəfindən zaman-zaman səsləndirilən bəyanatların bir qismi Azərbaycanda qərəzli və reallıqdan uzaq yanaşma kimi qiymətləndirilir. Xüsusilə post-münaqişə dövründə regionda yaranmış yeni reallıqlar fonunda bu kimi mövqelər rəsmi Bakının sərt və prinsipial reaksiyası ilə qarşılanır”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva söyləyib.

Deputatın sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə vurğulayıb ki, regionda sülh və sabitliyin təmin olunması üçün obyektiv və balanslı yanaşma əsas şərtdir: “Bu baxımdan, Avropa İttifaqı institutlarının bəzi hallarda birtərəfli mövqe sərgiləməsi rəsmi Bakı tərəfindən qəbul edilmir. Xarici İşlər Nazirliyi səviyyəsində, eyni zamanda, dünən Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi bəyanatlarda qeyd olunur ki, bu cür yanaşmalar həm regional əməkdaşlığa, həm də tərəflər arasında etimad mühitinə zərbə vurur. Prezident İlham Əliyev də öz çıxışlarında dəfələrlə açıq şəkildə bildirib ki, Azərbaycan milli maraqlarına toxunan istənilən addıma adekvat cavab vermək hüququnu və iradəsini qoruyur. Onun sözlərinə görə, ölkənin suverenliyi və ərazi bütövlüyü müzakirə mövzusu deyil və bu istiqamətdə hər hansı təzyiq cəhdləri nəticəsiz qalacaq”.

J.Əliyeva qeyd edib ki, rəsmi Bakı həmçinin beynəlxalq tərəfdaşları regiondakı reallıqları düzgün qiymətləndirməyə və selektiv yanaşmadan çəkinməyə çağırır: “Azərbaycan hesab edir ki, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməli, xüsusilə dövlətlərin ərazi bütövlüyü məsələsində ikili standartlara yol verilməməlidir. Avropa İttifaqının qərəzli bəyanatlarına Azərbaycanın kəskin reaksiyası ölkənin müstəqil siyasət yürütmək əzminin, milli maraqlara sadiqliyinin və regionda ədalətli yanaşma tələb edən prinsipial mövqeyinin davamıdır və bu kimi hallara, ölkəmizə qarşı aparılan şər və böhtan kampaniyalarına, qeyri-adekvat, heç bir beynəlxalq normaya sığmayan çağırışlara qarşı tərəfimizdən hər zaman sərt və prinsipial cavab veriləcək”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
50
icma.az

10Mənbələr