AZ

Azay Quliyevdən Avropa Parlamentinə sərt və açıq MESAJ

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Bu gün biz Avropa Parlamentinin ölkəmizə qarşı nəinki qərəzli, həm də bütövlükdə adi məntiqdən kənar, düşmən mövqedə dayanması ilə bağlı məsələləri müzakirə edirik. Həqiqətən də, hörmətli xanım sədrin çıxışında qeyd etdiyi kimi, son illərdə Azərbaycanın etdiyi müsbət jestlərə və Avropa Parlamenti ilə əməkdaşlıq istəyinə baxmayaraq, görürük ki, Avropa Parlamenti öz mövqeyində qalır, heç bir halda Azərbaycanın yürütdüyü konstruktiv siyasətə uyğun siyasət formalaşdırmır və qəbul etdiyi qətnamələrlə birbaşa ölkəmizin milli maraqlarını hədəf alır".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Azay Quliyev bildirdi.

Onun sözlərinə görə, ötən gün qəbul olunmuş Ermənistanla bağlı, münasibətlərin inkişafına dair qətnamədə heç bir əsas olmadan yenə Azərbaycanla bağlı iddialar yer alıb:

"Bütün dünyanın gözü qarşısında ölkəmizə və xalqımıza qarşı müxtəlif beynəlxalq cinayətlər törətmiş şəxslər sülhsevər kimi təqdim olunur, onların əsir və ya girov kimi azad olunması tələb edilir. Guya Qarabağda ermənilərin mədəni irsi tapdalanıb, guya onlara qarşı haqsızlıq olub və Qarabağla bağlı Azərbaycanın hansısa addımları təhrif olunur. Yəni, bu ittihamlar tamamilə həqiqətdən uzaq, əsassız və köhnə yanaşmaların təkrarından ibarətdir və biz bu cür mövqelərlə artıq qarşılaşmışıq.

Burada diqqət çəkən məqam ondan ibarətdir ki, yalnız mövcud siyasi münaqişəni qızışdırmaqla kifayətlənmirlər. Eyni zamanda yeni gərginlik yaratmaq üçün erməni revanşist qüvvələrinə dəstək verirlər. Bununla yanaşı, Azərbaycanın əvvəlki illərdə həyata keçirdiyi uğurlu enerji siyasəti də hədəfə alınır. Məlumdur ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış strateji əməkdaşlıq və enerji sahəsində sazişlər uğurla davam edir. Lakin həmin qətnamədə hətta Avropa Komissiyasının rəhbəri Ursula fon der Layenin bu istiqamətdəki fəaliyyəti belə tənqid olunur".

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
50
redaktor.az

10Mənbələr