Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Xəbərin mətni
Bakı Təşəbbüs Qrupu əsas fəaliyyət istiqamətlərini həyata keçirməyə davam edir. 2023-cü ildən başlayaraq kolonializm ilə legitim mübarizə aparan tərəfləri dəstəkləyirik. Həmçinin insan haqlarının, yerli xalqların və etnik azlıqların hüquqlarının qorunması üzrə fərqli beynəlxalq platformalarda fəaliyyətlərimizi həyata keçiririk. Bu gün paytaxtımızda təşkilatımız tərəfindən keçirilən Beynəlxalq Gənclər Forumu Bakı Təşəbbüs Qrupunun yeni bir seqmenti hesab edilir. Bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov jurnalistlərə açıqlamasında deyib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.