AZ

İcraçı direktor: Gənc liderlərlə birlikdə yeni platformanın yaradılması istiqamətində ilkin addım atacağıq

Bakı, 1 may, AZƏRTAC

Bakı Təşəbbüs Qrupu əsas fəaliyyət istiqamətlərini həyata keçirməyə davam edir. 2023-cü ildən başlayaraq kolonializm ilə legitim mübarizə aparan tərəfləri dəstəkləyirik. Həmçinin insan haqlarının, yerli xalqların və etnik azlıqların hüquqlarının qorunması üzrə fərqli beynəlxalq platformalarda fəaliyyətlərimizi həyata keçiririk. Bu gün paytaxtımızda təşkilatımız tərəfindən keçirilən Beynəlxalq Gənclər Forumu Bakı Təşəbbüs Qrupunun yeni bir seqmenti hesab edilir.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov jurnalistlərə açıqlamasında deyib.

O, həmçinin bildirib: "Keçirilən forum çərçivəsində iştirakçılar tərəfindən dəfələrlə gənclər üçün yeni beynəlxalq platformaların yaradılması zərurəti vurğulanıb. Bildiyimiz kimi, Bakı Təşəbbüs Qrupu həmin fəaliyyət istiqamətlərini mütəmadi olaraq beynəlxalq təşkilatların gündəliyinə daşıyır. Bundan sonra da daşımağa davam edəcək. Bu gün keçirilən forum BMT-nin gənclər ofisi tərəfindən dəstək aldı. Forum zamanı BMT-nin gənclər ofisinin nümayəndəsi videomüraciətlə forum iştirakçılarına müraciət etdi. Düşünürəm ki, forumun nəticəsi olaraq burada iştirak edən gənc liderlərlə birlikdə yeni bir gənclər platformasının yaradılması istiqamətində ilkin addım atacağıq. Biz fəaliyyətə başlayarkən yalnız dənizaşırı ərazilərlə əməkdaşlıq qurmağa başlamışdıq. 2026-cı il üzrə isə vaxtilə müstəmləkəçilik əsarətində olan indi isə müstəqilliyini elan edən 15-dən çox ölkə ilə əlaqələr qurmuşuq. 10-dan çox dənizaşırı ərazilərlə sıx əməkdaşlığı davam edirik".

Müxbirlər - Göyçək Mahmudlu, Səbinə Əlizadə, Əyyub Ələsgərov
Fotoqraf - Səfiyar Məcnun
Videooperator - Şövqi Əzizov
Seçilən
2
1
azertag.az

2Mənbələr