Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ilk yoldaşlıq oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, komanda Belarus millisi ilə qarşılaşıb.
Su İdmanı Sarayında təşkil olunan görüş qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisinin heyətində qolu Ramil Əliyev vurub.