EN

Yığmamız Belarusla qarşılaşdı və məğlubiyyət aldı

Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ilk yoldaşlıq oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, komanda Belarus millisi ilə qarşılaşıb.

Su İdmanı Sarayında təşkil olunan görüş qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisinin heyətində qolu Ramil Əliyev vurub.

Chosen
25
32
sportinfo.az

10Sources