AZ

Tehranda sirenlər səslənir

Tehranın bəzi rayonlarında hava hücumundan müdafiə (HHM) sistemlərinin işini xatırladan səslər eşidilir, lakin hadisənin dəqiq səbəbləri hələlik məlum deyil.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Son saatlarda paytaxt sakinləri tərəfindən qeydə alınan güclü gurultu ilə bağlı yerli hakimiyyət orqanları hələlik rəsmi açıqlama verməyib. Bu qeyri-müəyyənlik əhali arasında narahatlığa səbəb olub.

Eyni zamanda, "Financial Times" nəşri yazıb ki, İsrail İranın mümkün raket təhdidlərinə qarşı müdafiə qabiliyyətini artırmaq üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) öz lazer sistemini göndərib. Bu addım regionda artan gərginliyi və potensial hücumlardan qorunma zərurətini bir daha büruzə verir.

Seçilən
41
6
publika.az

7Mənbələr