AZ

Tehranda partlayış baş verdi

BAKI, 10 aprel. TELEQRAF

İranın Tehran vilayətinin şərqində və şimal-şərqində bir neçə partlayış səsi eşidilib.

Teleqraf xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.

Tehran sakinləri ən azı iki-üç partlayış səsi eşitdiklərini bildiriblər. Onların sözlərinə görə, səslər təxminən bir dəqiqəlik fasilə ilə eşidilib və hava hücumundan müdafiə sistemlərinin atəşi ilə əlaqəli deyil, partlayışlarla bağlıdır.

İran rəsmiləri hələlik bu məsələ ilə bağlı açıqlama verməyiblər.

Seçilən
12
2
teleqraf.com

3Mənbələr