ain.az, Qol.az portalına istinadən məlumat yayır.
"Mançester Yunayted"də 5 illik müqavilə
"Mançester Yunayted" futbolçusu Kobbi Meynu ilə müqaviləsini uzadıb.
QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə 2031-ci ilin iyun ayına qədər qüvvədə olacaq.
Daha əvvəl bildirilirdi ki, yeni müqaviləyə əsasən, Meynunun "Mançester Yunayted"dəki maaşı 7 dəfə - həftədə 20.000 sterlinqdən 150.000 funt sterlinqə qədər artacaq .
Qeyd edək ki, ingiltərəli futbolçu bu mövsüm Premyer Liqada 24 oyuna çıxıb və 2 məhsuldar ötürmə verib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.