AZ

Bruno Mançester Siti də olsaydı, Qızıl top u qazanardı

ain.az, Qol.az saytına istinadən bildirir.

"Bruno "Mançester Siti"də olsaydı, "Qızıl top"u qazanardı"

Fransa millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Pol Poqba keçmiş komanda yoldaşı Bruno Fernandeşlə haqda danışıb.

QOL.az BBC-yə istinadən xəbər verir ki, o, Rio Ferdinandla birlikdə yayımladığı podkastda 33 yaşlı yarımmüdafiəçini tərifləyib: 

"Sizcə, Bruno başqa bir komandada oynasaydı, ən yaxşılar sırasında olmazdımı? O, "Mançester Siti"də olsaydı, "Qızıl top"u qazanardı. Fernandeşin inanılmaz gücü var, meydanda çox hərəkət edir, ağıllıdır. Amma kubok qazanmadığınız zaman bu cür bacarıqlar anlamsız olur".

Qeyd edək ki, Bruno 2020-ci ildən "Mançester Yunayted"də oynayır. Poqba isə 2011-2012 və 2016-2022-ci illərdə "qırmızı şeytanlar"ın formasını geyinib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
63
37
qol.az

10Mənbələr