AZ

Millimiz böyük hesabla uduzdu, AFFA xəbəri gizlətdi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi UEFA İnkişaf Turnirində çıxışını davam etdirir.

Yığmamız Qazaxıstanın Çimkənd şəhərində keçirilən yarışda artıq iki oyuna çıxıb.

Komandamız ev sahibləriylə bərabərə qalıb. “Namys” stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

Millimizin heyətində qolu 18-ci dəqiqədə Ruslan Quliyev vurub. Oyundan sonrakı penaltilər seriyasında daha dəqiq oynayan Aqil Nəbiyevin yetirmələri 4:2 hesablı qələbə qazanıb.

Rusiya ilə qarşılaşma isə böyükhesablı məğlubiyyətlə bitib. Rəqib 5 cavabsız qolla 90 dəqiqəni tamamlayıb.

Azərbaycanın futbol ictimaiyyətinin isə bu matçdan xəbəri yoxdur. Çünki AFFA-nın rəsmi saytı qarşılaşma və nəticə barədə heç bir xəbər yaymayıb.

U-17 turnir çərçivəsində son oyununu aprelin 30-da Pakistana qarşı keçirəcək.

SPORTİNFO.AZ

Seçilən
60
49
sportinfo.az

10Mənbələr