AFFA İntizam Komitəsinin Azərbaycan kubokunun yarımfinalında keçirilən görüşlərlə bağlı cəzaları açıqlamaması maraq doğurur.
Sportinfo.az xəbər verir ki, komitə yarımfinallardan sonra baş tutan Misli Premyer Liqasının 29-cu turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
Lakin yarımfinalla bağlı məsələlərə isə hələ də aydınlıq gəlməyib. Bu məqam isə qaranlıq olaraq qalır.
Adətən, komitə kubokdan 1 və ya 2 gün sonra bütün qərarları açıqlayırdı.
AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynov matçla bağlı araşdırmalar getdiyini dedi (qafqazinfo): “Bu matç barədə araşdırmalar bitdikdən sonra qərarlar çıxacaq. Epizodlar fərqli olduğundan ümumi araşdırma gedir”.