AZ

Ronaldo karyerasının 970 ci qolunu vurdu

ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının 30-cu turunda “Əl-Əhli”ni məğlub edib.

Yeniavaz.com xəbər verir ki, Ər-Riyaddakı “Al-Avvəl Park” stadionunda keçirilən oyun 2-0 hesabı ilə başa çatıb.

Portuqaliyalı hücumçu Kriştianu Ronaldo 76-cı dəqiqədə Joao Feliksin məhsuldar ötürməsini qola çevirərək, hesabı açıb. Bu qol onun karyerasındakı 970-ci qolu olub.

“Əl-Nəsr”in ikinci qolunu isə 90-cı dəqiqədə Kinqsli Koman Ayman Yahyanın məhsuldar ötürməsindən sonra vurub.

Portuqaliyalı hücumçu hazırda futbol tarixinin ən çox qol vuran oyunçusudur.

Qeyd edək ki, “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Liqasının turnir cədvəlində 30 oyundan sonra 78 xalla liderdir. “Əl-Hilal” 70 xalla ikinici, “Əl-Əhli” isə 66 xalla üçüncü yerdədir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
1
yeniavaz.com

2Mənbələr