
“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının 30-cu turunda “Əl-Əhli”ni məğlub edib.
Yeniavaz.com xəbər verir ki, Ər-Riyaddakı “Al-Avvəl Park” stadionunda keçirilən oyun 2-0 hesabı ilə başa çatıb.
Portuqaliyalı hücumçu Kriştianu Ronaldo 76-cı dəqiqədə Joao Feliksin məhsuldar ötürməsini qola çevirərək, hesabı açıb. Bu qol onun karyerasındakı 970-ci qolu olub.
“Əl-Nəsr”in ikinci qolunu isə 90-cı dəqiqədə Kinqsli Koman Ayman Yahyanın məhsuldar ötürməsindən sonra vurub.
Portuqaliyalı hücumçu hazırda futbol tarixinin ən çox qol vuran oyunçusudur.