Ağcabədidə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Qaravəlli kəndində baş verib.
Kənd sakini 1969 - cu il təvəllüdü Nağıyev Lətif Qaryağdı oğlu işə getmək üçün Mingəçevir - Bəhrəmtəpə magistral yolunun kənarında marşrut gözləyərkən Vəli Nüsrətli idarə etdiyi "Toyota Prius" markalı avtomobillə L.Nağıyevi vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.