AZ

Ağcabədidə ağır qəza - Ölən var

Ağcabədi rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...

Poliqon xəbər verir ki, hadisə rayonun Qaravəlli kəndində qeydə alınıb.

Kənd sakini, 1969-cu il təvəllüdü Lətif Qaryağdı oğlu Nağıyev səhər saatlarında işə getmək üçün Mingəçevir-Bəhrəmtəpə magistral yolunun kənarında marşrut avtobusunu gözləyərkən Vəli Nüsrətlinin idarə etdiyi "Toyota Prius" markalı avtomobil onu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Seçilən
0
11
poliqon.info

10Mənbələr