EN

Ağcabədidə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib

Ağcabədidə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Qaravəlli kəndində baş verib.

Kənd sakini 1969 - cu il təvəllüdü Nağıyev Lətif Qaryağdı oğlu işə getmək üçün Mingəçevir - Bəhrəmtəpə magistral yolunun kənarında marşrut gözləyərkən Vəli Nüsrətli idarə etdiyi "Toyota Prius" markalı avtomobillə L.Nağıyevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
15
11
teleqraf.com

10Sources