AZ

Makron İranla təmasları bərpa etməyi planlaşdırır

Fransa Prezidenti yanacaq qiymətlərinin artımını azaltmaq üçün diplomatik təşəbbüsləri gücləndirir...

Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdə müharibə fonunda artan yanacaq qiymətlərinə qarşı mübarizə apardığını bildirib.

Poliqon xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Makron qeyd edib ki, benzin qiymətlərinin yüksəlməsi ciddi narahatlıq doğurur və problemin kökündən həlli üçün addımlar atılmalıdır.

Onun sözlərinə görə, bu məqsədlə o, ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb və Hörmüz boğazının yenidən açılması məsələsini müzakirə edib. Fransa lideri bildirib ki, bu addım qlobal enerji bazarlarında sabitliyin bərpasına töhfə verə bilər.

Emmanuel Makron həmçinin İran hakimiyyəti ilə diplomatik təmasları yenidən bərpa etmək niyyətində olduğunu açıqlayıb. O vurğulayıb ki, regionda gərginliyin azaldılması və enerji təhlükəsizliyinin təmin edilməsi üçün dialoq vacibdir.

Poliqon.info

Seçilən
42
50
poliqon.info

10Mənbələr