AZ

Meksikada ABŞ-nin 5 milyon dollar mükafat təyin etdiyi narkobaron saxlanılıb

BAKI, 28 aprel. TELEQRAF

Meksikada xüsusi təyinatlı qüvvələr ABŞ-nin 5 milyon dollar mükafat vəd etdiyi narkobaronu saxlayıb.

Teleqraf xəbər verir ki, əməliyyat nəticəsində Nayarit ştatında Audiyas Flores Silva, “Bağban” ləqəbi ilə tanınan şəxs tutulub.

Məlumata görə, əməliyyat Meksika Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları tərəfindən planlaşdırılıb və həyata keçirilib. Saxlanılan şəxs barəsində Meksikada həbs qərarı mövcuddur və o, ABŞ tərəfindən ekstradisiya məqsədilə axtarılır.

Qeyd olunub ki, Meksikanın ictimai təhlükəsizlik naziri Omar Qarsia Harfuş əməliyyatı həyata keçirən hərbçilərə təşəkkür edib.

Bildirilib ki, Audiyas Flores Silva “Yeni nəsil Xalisko karteli”nin rəhbər şəxslərindən biri olub və qruplaşmanın logistika, təhlükəsizlik və ərazi genişlənməsi məsələlərinə cavabdeh idi.

Məlumata görə, o, 2026-cı ilin fevralında təhlükəsizlik qüvvələri ilə əməliyyat zamanı öldürülən kartel lideri Nemesio Oseqera Servantesin (El Menço) mümkün varisi hesab olunurdu.

Seçilən
0
50
teleqraf.com

10Mənbələr