AZ

ABŞ vətəndaşlarının Meksikada ölümləri ilə bağlı rəsmi açıqlama

Meksika hökuməti ölkənin şimalındakı Çiuaua ştatında həlak olan iki ABŞ vətəndaşının yerli əməliyyatlarda iştirak üçün rəsmi icazəsinin olmadığını açıqlayıb.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Meksika Təhlükəsizlik Kabineti və Meksika Xarici İşlər Nazirliyinin birgə bəyanatında bildirilib.

Qeyd olunub ki, həlak olan şəxslərdən biri Meksikaya "iş hüququ olmadan turist", digəri isə diplomatik pasportla daxil olub. Rəsmi qurumlar onların ölkə daxilində əməliyyat fəaliyyətində iştirak edəcəyi barədə əvvəlcədən məlumatlı olmadıqlarını vurğulayıblar.

Meksika qanunvericiliyinə əsasən, xarici agentlərin ölkə ərazisində əməliyyatlarda iştirakı qadağandır. Bu sahədə əməkdaşlıq yalnız məlumat mübadiləsi çərçivəsində həyata keçirilir. Hadisə ilə bağlı araşdırma ABŞ səfirliyi ilə koordinasiya şəraitində davam edir.

Hadisə aprelin 19-da Çiuaua ştatında baş verib. Nəticədə iki ABŞ vətəndaşı ilə yanaşı, iki Meksika dövlət qurumu əməkdaşı da qəzada həyatını itirib.

Məlumata görə, amerikalılar narkotik laboratoriyasına qarşı əməliyyatla bağlı meksikalı təhlükəsizlik qüvvələri ilə keçirilən müşavirədən qayıdırdılar.

"Cebheinfo.az"

Seçilən
23
cebheinfo.az

1Mənbələr