AZ

WSJ: ABŞ İran aviaşirkətləri ilə əməkdaşlıq edən şirkətlərə sanksiyalar tətbiq edə bilər

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 28 aprel, AZƏRTAC

ABŞ administrasiyası İran aviaşirkətləri ilə əməkdaşlıq edən şirkətlərə qarşı sanksiyalar tətbiq edə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.

“The Wall Street Journal” (WSJ) qəzeti Bessentə istinadla yazır: “Sanksiyalara məruz qalan İran aviaşirkətləri ilə əməkdaşlıq ABŞ sanksiyalarına məruz qalmaq riskini artırır. Xarici hökumətlər öz yurisdiksiyalarında fəaliyyət göstərən şirkətlərin bu təyyarələrə xidmət göstərməsinin qarşısını almaq üçün bütün zəruri tədbirləri görməlidirlər. Bu tədbirlərə aviasiya yanacağı, qida təminatı, eniş haqları və digər xidmətlərin göstərilməsi daxildir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
50
azertag.az

10Mənbələr