AZ

WSJ: ABŞ İranla müharibədə mindən çox “Tomahawk” raketindən istifadə edib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 24 aprel, AZƏRTAC

ABŞ İranla müharibə zamanı mindən çox uzaqmənzilli “Tomahawk” raketi, həmçinin THAAD və “Patriot” sistemləri də daxil olmaqla 1500–2000 arası hava hücumundan müdafiə üçün nəzərdə tutulan raket sərf edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, tükənmiş ehtiyatların tam şəkildə bərpası altı ilə qədər vaxt apara bilər. Bu vəziyyət ABŞ administrasiyasında gələcək böhranlara hazırlıq və əməliyyat planlarının yenidən nəzərdən keçirilməsi ilə bağlı müzakirələrə səbəb olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
83
50
azertag.az

10Mənbələr