AZ

Qriliş Mançesterdəki bir barda yuxuya gedib - FOTO

İngiltərə millisinin futbolçusu Cek Qriliş, hazırda fevral ayında ayağından keçirdiyi əməliyyatdan sonra bərpa dövrü keçirərkən, Mançester şəhərində bir bardan çıxarkən görüntülənib.

90deqiqe.Az-ın “The Sun”a istinadən məlumatına görə, futbolçu dostları ilə birlikdə şəhərdəki məkanlardan birinin damında içki qəbul etdikdən sonra yuxuya gedib. Şahidlərin sözlərinə görə, Qriliş cəmi bir saat oyaq qalıb və səs-küylü mühitə baxmayaraq, oyanmaq istəməyib.

“Mancester Siti”yə məxsus olan, hazırda isə icarə əsasında “Everton”da çıxış edən futbolçunun mövsümün qalan hissəsini buraxacağı və İngiltərə millisinin dünya çempionatı heyətinə düşmək şansının demək olar ki, olmadığı bildirilir. O, milli komandada indiyədək 39 oyunda meydana çıxıb.

Mart ayının əvvəlində futbolçu sosial şəbəkələrdə bərpa prosesi ilə bağlı paylaşım edərək əvvəlkindən daha güclü qayıdacağını bildirmişdi. Lakin həmin ayın sonunda o, milli komanda yoldaşı Cordan Pikfordun ad günü məclisində də görüntülənmişdi.

“Everton” Qrilişi mövsümün sonuna qədər satınalma opsiyası ilə icarəyə götürüb, lakin klubun bu imkandan istifadə edib-etməyəcəyi hələ də qeyri-müəyyəndir.

30 yaşlı yarımmüdafiəçi bu mövsüm 22 oyunda iştirak edib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.

Seçilən
1
4
90deqiqe.az

4Mənbələr