Baku.ws saytına istinadən ain.az xəbər verir.
İngiltərə millisinin üzvü, hazırda "Everton" klubunda çıxış edən Cek Qriliş Mançesterdə yerləşən barlardan birinin damında yatarkən görüntülənib.
BAKU.WS xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, futbolçunun bu vəziyyətə düşməsinə səbəb dostları ilə istirahət zamanı həddindən artıq spirtli içki qəbul etməsi olub. Şahidlərin sözlərinə görə, 30 yaşlı yarımmüdafiəçini ayıltmaq üçün dostları xeyli səy göstərməli olublar.
Hazırda Cek Qriliş fevral ayında ayağından keçirdiyi əməliyyatdan sonra reabilitasiya dövrü yaşayır. Bu səbəbdən onun mövsümün qalan hissəsini buraxacağı və məşqçilər heyəti tərəfindən 2026-cı il dünya çempionatı üçün namizədlər siyahısına daxil edilmədiyi bildirilir.
Qeyd edək ki, futbolçu 2023-cü ildə "Mançester Siti" ilə klub tarixində ilk dəfə "trebl"ə imza ataraq İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu və UEFA Çempionlar Liqasını qazanıb. O, həmçinin İngiltərə millisində 35 oyun keçirib və UEFA Euro 2020 turnirinin gümüş mükafatçısı olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.