Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 31-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
Beş qolun qeydə alındığı “Alanyaspor” – “Samsunspor” matçında qonaqlar qalib gəliblər. Səfərdə “Konyaspor”la qarşılaşmış “Trabzonspor” turu məğlubiyyətlə başa vurub. “Beşiktaş” isə “Karagümrük”lə ev oyununda xal itkisi ilə üzləşib.
Beləliklə, cari mövsümün geridə qalmış 31 turundan sonra 74 xalı olan “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 67 xalla ikinci, “Trabzonspor” 65 xalla üçüncü pillədə qərarlaşıb. “Beşiktaş” 56, “Başakşəhər”lə “Göztəpə” 51 xal toplayıblar.
Türkiyə, Super Liqa
31-ci tur
24 aprel
Başakşəhər – Kasımpaşa 4:0
Qollar: Şomurodov, 5; 87. B.Yıldırım, 22. Selke, 81.
25 aprel
Eyüpspor – Qaziantep 3:0
Qollar: U.Bozok, 62. R.Yao, 65. M.Altunbaş, 78.
Kayserispor – Rizəspor 2:0
Qollar: Çalov, 79. Benes, 88.
Göztəpə – Antalyaspor 2:0
Qollar: J.Santos, 1. A.Kurtulan, 22.
26 aprel
Gənclərbirliyi – Kocaelispor 1:0
Qol: M.Mimaroğlu, 34-pen.
Qalatasaray – Fənərbağça 3:0
Qollar: Osimhen, 40. B.A.Yılmaz, 67-pen. L.Torreyra, 83.
27 aprel
Alanyaspor – Samsunspor 2:3
Qollar: G.Yalçın, 90+6. Elia, 90+7 – E.Tavşan, 37. Ntçam, 39. Marius, 90+1.
Beşiktaş – Karagümrük 0:0
Konyaspor – Trabzonspor 2:1
Qollar: B.Kutlu, 32; 39 – F.Auqusto, 79.
