AZ

“Pao” da pley-offa vəsiqə qazandı

Aprelin 21-də Avroliqada pley-in oyunları keçirildi. Müntəzəm çempionatı 7-ci yerdə bitirən “Panatinaikos” 8-ci yerdə bitirən “Monako”nu məğlub etdi.

"Football-plus.az" xəbər verir ki, pley-offa vəsiqə qazanan “Pao” həmin mərhələdə “Valensiya” ilə qarşılaşacaq. Müntəzəm çempionatın 9-cu komandası “Barselona” isə 10-cu yeri tutan “Srvena Zvezda”nı məğlub etdi. Bu oyunda qalib gələn Kataloniya nəhəngi pley-offa son vəsiqə uğrunda “Monako” ilə qarşılaşacaq. Həmin oyun bu gün keçiriləcək. Bu cütün qalibi pley-offda “Olimpiakos”a rəqib olacaq. “Srvena Zvezda” üçün isə Avroliqanın 2025/26 mövsümü bitdi.

pley-in
Panatinaikos (Yunanıstan) – Monako (Fransa) 87:79 (23:14 , 26:20, 17:23, 21:22)
Barselona (İspaniya) – Srvena Zvezda (Serbiya) 80:72 (29:21, 18:12, 16:18, 17:21)

Seçilən
69
20
football-plus.az

10Mənbələr