AZ

U-17 millimiz Qazaxıstanı penaltilərlə üstələdi – ARENA.AZ

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) bu gün UEFA İnkişaf Turnirində ikinci oyuna çıxıb.

Arena.az xəbər verir ki, millimiz Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Qazaxıstanın Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilmiş görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Millimizin heyətində qolu 18-ci dəqiqədə Ruslan Quliyev vurub. Oyunsonrası penaltilər seriyasında daha dəqiq oynayan Aqil Nəbiyevin yetirmələri 4:2 hesablı qələbə qazanıblar.

Xatırladaq ki, U-17 millimiz turnir çərçivəsində sonuncu oyununu aprelin 30-da Pakistan yığmasına qarşı keçirəcək.

Komandamız turnirdəki ilk matçında Rusiya yığmasına 0:5 hesabı ilə məğlub olmuşdu.

Qeyd edək ki, millimiz UEFA İnkişaf Turnirinə bu heyətlə qatılıb:

  1. Ülvi Abbaslı – Sumqayıt
  2. Oqtay Mehrəliyev – Qarabağ
  3. Ruslan Quliyev – Neftçi
  4. Vaqif Nəbiyev – Qarabağ
  5. Roman Fərzəli – Qarabağ
  6. Arda Əzizli – Qarabağ
  7. Vaqif Məmmədli – Sabah
  8. Tunar Bayramov – Qarabağ
  9. Nazim Əliyev – Srvena Zvezda (Serbiya)
  10. Əhəd Hacızadə – Qarabağ
  11. Yusif Orucəliyev – Qarabağ
  12. Nihad Hüseynzadə – Sabah
  13. Şikar Şikar – Neftçi
  14. Firdovsi Şeydayev – Sabah
  15. Nicat Əhmədzadə – Marset (İspaniya)
  16. Rəsul Balakişiyev – Marset (İspaniya)
  17. Ümid Əliyev – Hueska (İspaniya)
  18. Tunar Əsgərzadə – Qarabağ
  19. Ruslan Əbilov – Sabah
  20. Hikmət Mirzə – Nastik İdman Akademiyası (İspaniya)
Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
1
50
arena.az

10Mənbələr