AZ

Cəlal oynadı, komandası uduzdu

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.

QOL.az xəbər verir ki, sözügedən komanda 31-ci turda öz meydanında “Botev”lə qarşılaşıb. Matç “Arda”nın məğlubiyyəti ilə başa çatıb – 0:2.

Cəlal oyuna ehtiyatda başlayıb. O, ikinci hissədə meydana daxil olub.

Bu nəticədən sonra “Arda”  44 xalla 7-ci sıradadır.

Seçilən
30
19
teleqraf.com

10Mənbələr