Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.
QOL.az xəbər verir ki, sözügedən komanda 31-ci turda öz meydanında “Botev”lə qarşılaşıb. Matç “Arda”nın məğlubiyyəti ilə başa çatıb – 0:2.
Cəlal oyuna ehtiyatda başlayıb. O, ikinci hissədə meydana daxil olub.
Bu nəticədən sonra “Arda” 44 xalla 7-ci sıradadır.