Vətəninfo.az “El Chiringuito TV”-yə istinadən xəbər verir ki, “Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.
Mbappenin sol bud əzələsində problem var. O, İspaniya liqasının 32-ci turunda “Betis”lə 1:1 hesablı heç-heçənin 81-ci dəqiqəsində əvəzlənib.
Mbappe cari mövsümdə La Liqada 28 oyunda iştirak edib, 24 qol vurub və 4 məhsuldar ötürmə edib.
“Transfermarkt” 27 yaşlı futbolçunun transfer dəyərini 200 milyon avro olaraq qiymətləndirir.