EN

Mbappe uzunmüddətli sıradan çıxdı

Vətəninfo.az “El Chiringuito TV”-yə istinadən  xəbər verir ki, “Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.

Mbappenin sol bud əzələsində problem var. O, İspaniya liqasının 32-ci turunda “Betis”lə 1:1 hesablı heç-heçənin 81-ci dəqiqəsində əvəzlənib.

Mbappe cari mövsümdə La Liqada 28 oyunda iştirak edib, 24 qol vurub və 4 məhsuldar ötürmə edib.

“Transfermarkt” 27 yaşlı futbolçunun transfer dəyərini 200 milyon avro olaraq qiymətləndirir.

Chosen
37
veteninfo.az

1Sources