Fransa Liqa 1-in 31-ci turunda “Marsel” və “Nitsa” komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Fransanın Marsel şəhərində yerləşən “Oranj Vélodrom” stadionunda keçirilib. Matçı baş hakim Villi Delajo idarə edib. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Görüşdə hesabı 66-cı dəqiqədə “Marsel”in yarımmüdafiəçisi Pyer-Emil Hoybjerq açıb. 88-ci dəqiqədə isə qonaqların hücumçusu Elie Vahi penaltidən fərqlənərək hesabı bərabərləşdirib. Qalan dəqiqələrdə tərəflərdən heç biri fərqlənə bilməyib.
31 turdan sonra “Marsel” 53 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. “Nitsa” isə 30 xalla 15-ci yerdədir.
Növbəti turda “Marsel” 2 mayda səfərdə “Nant”la, “Nitsa” isə həmin gün evdə “Lans”la qarşılaşacaq.