EN

“Marsel” evdə “Nitsa” ilə bacarmadı

Fransa Liqa 1-in 31-ci turunda “Marsel” və “Nitsa” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Fransanın Marsel şəhərində yerləşən “Oranj Vélodrom” stadionunda keçirilib. Matçı baş hakim Villi Delajo idarə edib. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Görüşdə hesabı 66-cı dəqiqədə “Marsel”in yarımmüdafiəçisi Pyer-Emil Hoybjerq açıb. 88-ci dəqiqədə isə qonaqların hücumçusu Elie Vahi penaltidən fərqlənərək hesabı bərabərləşdirib. Qalan dəqiqələrdə tərəflərdən heç biri fərqlənə bilməyib.

31 turdan sonra “Marsel” 53 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. “Nitsa” isə 30 xalla 15-ci yerdədir.

Növbəti turda “Marsel” 2 mayda səfərdə “Nant”la, “Nitsa” isə həmin gün evdə “Lans”la qarşılaşacaq.

Chosen
41
90deqiqe.az

1Sources