AZ

Bu ilin üç ayında Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

Bakı.Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycan və Rumıniya arasındaticarət əməliyyatlarının həcmi 195,6 milyon ABŞ dolları təşkiledib.

Trend AzərbaycanınDövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu 2025-ci ilineyni dövrü ilə müqayisədə 48,6 milyon ABŞ dolları və ya 19,9 faizazdır.

Hesabat dövründə Rumıniya ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 2,08 faizini təşkil edib. Beləliklə,Rumıniya həmin dövr ərzində Azərbaycanla daha çox ticarətəməliyyatları aparmış ölkələrin siyahısında doqquzuncu yerdəqərarlaşıb.

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Rumıniyaya 182milyon dollar dəyərində məhsul ixracı qeydə alınıb. Bu ötən ilinmüvafiq dövrü ilə müqayisədə 45,8 milyon ABŞ dolları və ya 20,1faiz azdır.

Hesabat dövründə Azərbaycan Rumıniyadan 13,6 milyon ABŞ dollarıdəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilineyni dövründəki göstəricilərlə müqayisədə 2,8 milyon dollar və ya17,1 faiz azdır.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycan xariciölkələrlə 9,407 milyard ABŞ dolları həcmində ticarət əməliyyatlarıaparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,642 milyard ABŞdolları və ya 21,9% azdır.

İxracın payına 5,402 milyard ABŞ dolları, idxalın payına isə4,005 milyard ABŞ dolları düşüb. Son bir ildə ixrac 984 milyon ABŞdolları və ya 15,4%, idxal isə 1,658 milyard ABŞ dolları və ya29,3% azalıb.

Nəticədə xarici ticarətdə 1,398 milyard ABŞ dolları məbləğindəmüsbət saldo formalaşıb ki, bu da ötən illə müqayisədə 675 milyonABŞ dolları və ya 1,9 dəfə çoxdur.

Seçilən
51
14
az.trend.az

10Mənbələr