AZ

Azərbaycan Ukraynadan məhsul idxalını artırıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanla Ukrayna arasındaticarət əməliyyatlarının həcmi 114,758 milyon ABŞ dolları təşkiledib.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici iləmüqayisədə 3,5 milyon ABŞ dolları və ya 3% azdır.

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Ukraynaya 45,7milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eynidövrü ilə müqayisədə 7,7 milyon ABŞ dolları və ya təqribən 14,5%azdır.

Dövr ərzində Ukrayana ixrac əməliyyatlarının 42,7 milyondollarlıq hissəsini qeyri-neft məhsulları təşkil edib ki, bu daötən ilin ilk 3 ayındakı göstərici ilə müqayisədə 8,3 milyon ABŞdolları və ya 16,3% azalma deməkdir. Azərbaycanın ümumi qeyri-neftməhsulları ixracında Ukraynaya qeyri-neft məhsullarının ixracı4,96% paya malik olub. Bununla da Ukrayna hesabat dövründəAzərbaycanın ən çox qeyri-neft məhsulları ixracında 5-ci yerdəqərarlaşıb.

Hesabat dövründə Azərbaycan Ukraynadan 69,013 milyon ABŞ dollarıdəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilineyni dövrü ilə müqayisədə 4,2 milyon ABŞ dolları və ya 6,5% artımdeməkdir.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xariciölkələrlə 9,407 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,642 milyard dollar vəya 21,9% azdır.

Xarici ticarət dövriyyəsinin 5,402 milyard ABŞ dolları ixracın,4,005 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 984 milyon dollar və ya 15,4%, idxal isə 1,658 milyard dollarvə ya 29,3% azalıb.

Yekunda xarici ticarətdə 1,398 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 675 milyon dollar və ya 1,9 dəfəçoxdur.

Seçilən
99
14
az.trend.az

10Mənbələr