AZ

Ağstafada  növbəti maarifləndirici tədbir keçirilib

Ağstafada “Təhsil müəssisələrində uşaq hüquqlarının müdafiəsinin hüquqi əsasları və tətbiqi mexanizimləri, yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

Rayonun ümumtəhsil məktəblərinin direktor və psixoloqlarının iştirak ilə keçirilən tədbir Həsənsu kənd tam orta məktəbin akt zalında Ağstafa Rayon İcra Hakimiyyəti, rayon Prokurorluğu, rayon Polis Şöbəsi və Qazax-Tovuz Regional Təhsil İdarəsi ilə birgə təşkil olunub.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib.

Ağstafa RİH başçısı Seymur Orucov çıxışında qeyd edib ki, ölkəmizdə uşaqların sağlam, qayğısız, vətənpərvərlik ruhunda böyüməsi, bu sahədə problemlərin kompleks həlli, onların hərtərəfli inkişafının təmin olunması hər zaman dövlətimizin diqqət mərkəzindədir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilən bu siyasət milli strategiyaya çevrilmişdir. Öz növbəsində belə maarifləndirici tədbirlərin keçirilməsi, eləcə də qurumlararası əməkdaşlığın diqqətdə saxlanılması bu sahədə işlərin düzgün təşkili baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Rayon Polis Şöbəsinin rəisi Vüqar Xəlilov, rayon prokuroru Anar Cəfərov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, əməliyyat işləri üzrə rayon polis rəisinin müavini Qurban Qurbanov mövzuya dair geniş məruzələrlə çıxış ediblər. Çıxışlarda dini radikalizm və ekstremizmin cəmiyyətimizə vurduğu ziyandan, erkən nikahların dövrümüzün böyük problemlərindən biri olmasından və zərərli vərdişlərin insanların sağlamlığına mənfi təsirindən danışılıb, ölkəmizdə zərərli vərdişlərə qarşı mübarizə üçün möhkəm qanunvericilik bazasının mövcudluğu diqqətə çatdırılıb. Respublikamızın hər yerində olduğu kimi, Ağstafa rayonunda da zərərli vərdişlər, erkən nikah və dini radikalizmə qarşı mübarizənin hər zaman diqqət mərkəzində olduğu, tez-tez bu yönümdə məqsədyönlü tədbirlərin həyata keçirildiyi nəzərə çatdırılıb.

Tədbirdə rayonunun ümumtəhsil müəssisələrində uşaqlarla iş üzrə aidiyyəti üzrə məsul şəxslərin arayışları dinlənilib, mövcud çatışmazlıqların ən qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilib. Qeyd olunub ki, yeniyetmə və gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi, onların zərərli vərdişlərdən uzaq durmalarına dəstək tək valideyn və müəllimlərin deyil, cəmiyyətdə hər kəsin üzərinə böyük məsuliyyət qoyur.

image-1 image-2 image-3 image-4 image-5

 

Seçilən
0
1
veteninfo.az

10Mənbələr