AZ

Ağstafada uşaq hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirici tədbir keçirildi FOTOLAR

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Rayonun ümumtəhsil məktəblərinin direktor və psixoloqlarının iştirak ilə keçirilən tədbir Həsənsu kənd tam orta məktəbin akt zalında Ağstafa Rayon İcra Hakimiyyəti, rayon Prokurorluğu, rayon Polis Şöbəsi və Qazax-Tovuz Regional Təhsil İdarəsi ilə birgə təşkil olunub. 

"Unikal" xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib.

Ağstafa RİH başçısı Seymur Orucov çıxışında qeyd edib ki, ölkəmizdə uşaqların sağlam, qayğısız, vətənpərvərlik ruhunda böyüməsi, bu sahədə problemlərin kompleks həlli, onların hərtərəfli inkişafının təmin olunması hər zaman dövlətimizin diqqət mərkəzindədir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilən bu siyasət milli strategiyaya çevrilmişdir. Öz növbəsində belə maarifləndirici tədbirlərin keçirilməsi, eləcə də qurumlararası əməkdaşlığın diqqətdə saxlanılması bu sahədə işlərin düzgün təşkili baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Rayon Polis Şöbəsinin rəisi Vüqar Xəlilov, rayon prokuroru Anar Cəfərov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, əməliyyat işləri üzrə rayon polis rəisinin müavini Qurban Qurbanov mövzuya dair geniş məruzələrlə çıxış ediblər. Çıxışlarda uşaq hüquqları haqqında qanunvericiliyin və qəbul olunmuş beynəlxalq sənədlərin müəyyən etdiyi məsələlər, uşaq yaşlarından psixoloji hazırlılığın aşılanmasının vacibliyi, uşaqları müdafiə sistemini gücləndiməklə, ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, uşaqlara sosial-psixoloji dəstək tədbirləri barədə ətraflı məlumatlar verilib. 

Tədbirdə rayonunun ümumtəhsil müəssisələrində uşaqlarla iş üzrə aidiyyəti üzrə məsul şəxslərin arayışları dinlənilib, mövcud çatışmazlıqların ən qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilib. Qeyd olunub ki, yeniyetmə və gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi, onların zərərli vərdişlərdən uzaq durmalarına dəstək tək valideyn və müəllimlərin deyil, cəmiyyətdə hər kəsin üzərinə böyük məsuliyyət qoyur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
unikal.az

10Mənbələr