Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Qızıl qiymətləri Hörmüz boğazının bağlı qalması və enerji qiymətlərinin artması fonunda həftənin son günündə eniş meylini davam etdirib. Lakin İranın xarici işlər naziri Abbas Əraqçının sülh danışıqlarında iştirak edə biləcəyi ilə bağlı xəbərlərdən sonra qızıl itkilərini bərpa edib. ABŞ-ın böyük maliyyə qurumlarından biri isə ilin sonu üçün qızıl proqnozunu yeniləyib.Demokrat.az xəbər verir ki, spot qızıl Bakı vaxtı ilə saat 15:00-a olan məlumata görə 0,3% artaraq 4708 dollar səviyyəsində qərarlaşıb. Qram qızıl 0,5% bahalaşaraq 6815 manat səviyyəsində ticarət olunur. Gümüşün unsiya qiyməti isə 0,6% artaraq 75,93 dollar olub.Dünya neft təchizatının təxminən 20%-nin həyata keçirildiyi Hörmüz boğazının bağlı qalması neftin bir barelinin qiymətini 105 dollardan yuxarı qaldırıb. Bu isə həftənin son günündə qızıl qiymətlərinə təzyiq göstərib.ABŞ dollar indeksinin 0,7%-dən çox artması və 10 illik ABŞ dövlət istiqrazlarının 2%-dən çox bahalaşması da faiz gəliri olmayan qızıl üzərində təzyiqi artırıb. Bununla belə, Abbas Əraqçının İslamabadda keçiriləcək sülh danışıqlarına qatılma ehtimalı ilə bağlı açıqlamalar qızılın yenidən yüksəlməsinə səbəb olub.ABŞ və İran arasında gərginlik davam edərkən, sülh danışıqlarından nəticə çıxmaması Hörmüz boğazının bağlı qalmasına gətirib çıxarıb. ABŞ prezidenti Donald Tramp razılaşma əldə olunmadığı halda hərbi variantların da nəzərdən keçirildiyini bildirib.Boğazın bağlı qalması enerji qiymətlərini artırmaqla yanaşı, nəqliyyat xərclərini də yüksəldir. Ekspertlər bildirirlər ki, bu artımlar qlobal inflyasiyanı sürətləndirə bilər. İnflyasiya təzyiqi səbəbindən ABŞ Federal Ehtiyat Sistemi (FED) tərəfindən bu il faiz endiriminin ehtimalı zəifləyib. Aşağı faiz mühitində isə investorlar daha çox qızıl kimi “təhlükəsiz liman” aktivlərinə üstünlük verirlər.ABŞ-ın "Morgan Stanley" bankı isə yeni hesabatında 2026-cı ilin sonu üçün qızılın unsiya qiyməti üzrə proqnozunu 5700 dollardan 5200 dollara endirib.Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.