AZ

I rübdə Neft Fondunun özəl səhm, daşınmaz əmlak və infrastruktur investisiyaları müsbət gəlirlilik göstərib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 23 aprel, AZƏRTAC

Cari ilin ilk rübündə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) özəl səhm, daşınmaz əmlak və infrastruktur investisiyaları müsbət gəlirlilik göstərib.

Fonddan AZƏRTAC-a bildirilib ki, ilin birinci rübü ərzində qlobal maliyyə bazarları artan geosiyasi gərginliklər və davam edən qeyri-müəyyənlik fonunda bir çox aktiv sinifləri üçün çətin mühit yaradıb. Belə ki, rüb ərzində səhm və istiqraz bazarlarında təzyiq müşahidə olunsa da, qızıl investisiyaları əhəmiyyətli müsbət töhfə verib. Həmçinin ARDNF-nin özəl səhm, daşınmaz əmlak və infrastruktur investisiyaları da rüb ərzində müsbət gəlirlilik göstərib.

Aparıcı inkişaf etmiş ölkələrin istiqraz bazarlarında gəlirlilik dərəcələri ilin ilk iki ayı ərzində azalma tendensiyası göstərib, lakin mart ayında Yaxın Şərq regionunda baş verən gərginlik fonunda artan enerji qiymətləri və inflyasiya gözləntilərinin güclənməsi səbəbindən yüksəlib ki, bu da istiqrazların qiymətlərinə mənfi təsir edib. Bu dinamika daha çox Avropa bazarlarına təsir etsə də, ABŞ dollarında emissiya edilmiş borc öhdəlikləri portfeli nisbətən dayanıqlığını qoruyub.

Qlobal səhm bazarları rübün ilk iki ayı ərzində müsbət nəticələr göstərib, sonradan isə baş verən geosiyasi gərginliklər səbəbindən geriləyib.

Qızıl ötən illərin qiymət artımını şərtləndirən amillərin təsiri altında 2026-cı ilə də yüksək nəticələrlə başlayıb. Mart ayında qiymətlərdə geriləmə müşahidə olunsa da, qızıl rübü ümumilikdə müsbət nəticələrlə başa vurub ki, bununla da, ARDNF-nin qızıl altportfeli üzrə büdcədənkənar gəlirləri formalaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
29
azertag.az

10Mənbələr