Olaylar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Bildirilib ki, zərbələr "Livanın cənubundakı Xerbet-Selem və Tulin bölgələrində yerləşən 'Hizbullah'a məxsus hərbi infrastruktur obyektlərinə" endirilib.
"IDF İsrail vətəndaşlarına və əsgərlərinə qarşı təhdidlərə qarşı qətiyyətli addımları davam edəcək", - IDF mətbuat xidmətinin açıqlamasında vurğulanıb.
Livan (Hizbullah) - İsrail münaqişəsinin hazırkı mərhələsi 2 martdan etibarən yenidən alovlanıb və toqquşmalar 28 fevralda ABŞ-İsrailin İrana qarşı başladığı müharibədən sonra "Hizbullah"ın İsrailə raket hücumları ilə genişlənib. Son məlumatlara görə, İsrailin genişmiqyaslı hava və quru əməliyyatları nəticəsində Livanda 2 mindən çox insan həlak olub, 1 milyondan çox insan köçkün düşüb. İsrail isə minlərlə "Hizbullah" döyüşçüsünün zərərsizləşdirildiyini bildirir. "Hizbullah" isə İsrailə minlərlə raket və PUA hücumu həyata keçirib.