AZ

İsrail ordusu Livanın cənubuna zərbələr endirib

Bakı. Trend:

İsrail ordusu ötən gecə ölkənin şimalına hədəflənmiş raketatəşinə cavab olaraq Livanın cənubundakı iki bölgədə “Hizbullah”hərəkatına məxsus hərbi obyektlərə zərbələr endirib.

Trend xəbər verirki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Bildirilib ki, zərbələr “Livanın cənubundakı Xerbet-Selem vəTulin bölgələrində yerləşən ‘Hizbullah’a məxsus hərbi infrastrukturobyektlərinə” endirilib.

“IDF İsrail vətəndaşlarına və əsgərlərinə qarşı təhdidlərə qarşıqətiyyətli addımları davam edəcək”, – IDF mətbuat xidmətininaçıqlamasında vurğulanıb.

Livan (Hizbullah) – İsrail münaqişəsinin hazırkı mərhələsi 2martdan etibarən yenidən alovlanıb və toqquşmalar 28 fevraldaABŞ-İsrailin İrana qarşı başladığı müharibədən sonra "Hizbullah"ınİsrailə raket hücumları ilə genişlənib. Son məlumatlara görə,İsrailin genişmiqyaslı hava və quru əməliyyatları nəticəsindəLivanda 2 mindən çox insan həlak olub, 1 milyondan çox insan köçkündüşüb. İsrail isə minlərlə "Hizbullah" döyüşçüsününzərərsizləşdirildiyini bildirir. "Hizbullah" isə İsrailə minlərləraket və PUA hücumu həyata keçirib.

Məqalədə:
Seçilən
80
43
az.trend.az

10Mənbələr