Gürcüstanın sabiq müdafiə naziri Cuanşer Burçuladze 10 il müddətinə azadlıqdan məhrum edilib.
"Cebheinfo.az" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, qərar Tbilisi şəhər məhkəməsinin hakimi İrakli Xuskivadze tərəfindən qəbul edilib.
Qeyd edək ki, Burçuladze 2025-ci il sentyabrın 11-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılması ilə ittiham olunur
"Cebheinfo.az"