Gürcüstanın sabiq müdafiə naziri Cuanşer Burçuladze 10 il müddətinə azadlıqdan məhrum edilib.Bu barədə Gürcüstan KİV xəbər verir.
Qərar Tbilisi şəhər məhkəməsinin hakimi İrakli Xuskivadze tərəfindən qəbul edilib.
Burçuladze 2025-ci il sentyabrın 11-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılması ilə ittiham olunur.