AZ

Slovakiyaya “Drujba” boru kəməri ilə neft tədarükü bərpa edildi

Slovakiyaya “Drujba” boru kəməri ilə neft axını bərpa olunub.

Redaktor.az xəbər verir ki, Slovakiyanın İqtisadiyyat Nazirliyi ölkəyə neft axınının yerli vaxtla təxminən saat 02:00-da başladığını açıqlayıb.

Məlumata görə, Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova bir gün əvvəl “Drujba” boru kəməri ilə neft tədarükünün 23 apreldə bərpa olunacağını bildirmişdi.

Qeyd olunub ki, Ukrayna tərəfinin blokadası səbəbindən Macarıstan və Slovakiya 27 yanvardan etibarən “Drujba” vasitəsilə Rusiya neftini ala bilmirdi. Bu vəziyyət regionda enerji təchizatı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Xatırladılıb ki, Macarıstanın Baş naziri Viktor Orban neft tədarükü bərpa olunana qədər Ukraynaya 90 milyard avroluq Aİ kreditinə veto qoymayacağını bildirmişdi.

Həmçinin Macarıstanda seçkilərdə qalib gələn “Tisza” Partiyasının lideri Peter Magyar Ukrayna Prezidenti Volodimir Zelenskini boru kəməri üzrə tədarükün tezliklə bərpası üçün çağırış etmişdi.

Aminə ŞAHSUVARQIZI

Seçilən
41
28
redaktor.az

10Mənbələr