AZ

MOL “Drujba” kəməri ilə neft tranzitinin başladığı barədə Kiyevdən bildiriş alıb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 22 aprel, AZƏRTAC

Macarıstanın MOL şirkəti “Drujba” boru kəməri ilə Rusiyadan neft tranzitinin başladığı barədə Ukraynadan bildiriş alıb.

AZƏRTAC xəbər verir ki, Macarıstana neft tədarükünün aprelin 23-dək bərpa olunacağı gözlənilir. MOL şirkətinin açıqlamasında deyilir: “Ukrtransnafta” səhmdar cəmiyyəti bu gün günorta saatlarında Ukrayna ərazisindən keçən “Drujba” boru kəməri vasitəsilə xam neftin qəbuluna başladığını bildirib. Macarıstan və Slovakiyaya ilk xam neft tədarükünün boru kəmərinin işinin bərpasından sonra başlayacağını gözləyir”.

Qeyd edək ki, hazırda Rusiyanın xam nefti “Drujba” kəməri vasitəsilə Belarus və Ukrayna ərazisindən keçməklə Şərqi Avropa ölkələrinə tədarük olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
28
azertag.az

10Mənbələr