Əməkdar artist Rafael İsgəndərov yenidən “Məhəllə”nin Qüdrət obrazını xatırlayıb.Metbuat.az-ın məlumatına görə, aktyor bir neçə gün öncə Moskvaya səfər edib. Səfər zamanı o, 22 il əvvəl “Məhəllə” serialının çəkildiyi hotelə də baş çəkərək Qüdrətin yer aldığı səhnələri yenidən yada salıb. Aktyor bununla bağlı videonu öz Instagram səhifəsində paylaşaraq, izləyicilərinə də nostalji anlar yaşadıb. Həmin videonu təqdim edirik: Sevinc İbrahimzadə / Metbuat.az