AZ

Rafael Moskvada “Məhəllə”ni belə yada saldı – VİDEO

Əməkdar artist Rafael İskəndərov Moskva səfərindən görüntülərini paylaşıb.

“Yeni Sabah” xəbər verir ki, aktyor Rusiyanın paytaxtında bir neçə tanınmış və tarixi məkana baş çəkib.

O, Qırmızı meydanı da ziyarət edib, müxtəlif yerlərdə çəkdirdiyi fotoları və videoları izləyiciləri ilə bölüşüb.

Görüntülər arasında ən çox danışılan məqamlardan biri isə aktyorun Leninin mavzoleyi önündə lentə aldığı video olub. O, “Məhəllə” filmində səsləndirdiyi məşhur “Lenin ölüf!” replikasını da təkrarlayıb.

 

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
44
5
yenisabah.az

7Mənbələr